“Bank VTB (Azerbaijan)” əmək haqqı kartlarının sahiblərinə kredit təklif edir

“Bank VTB (Azerbaijan)” əmək haqqı kartlarının sahiblərinə kredit təklif edir Kredit almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir – bank borcalandan əlavə sənəd tələb etmir
Maliyyə
22 Sentyabr , 2017 15:22
“Bank VTB (Azerbaijan)” əmək haqqı kartlarının sahiblərinə kredit təklif edir

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC əmək haqqı kartlarının sahibi olan müştərilərinə 300 – 5 000 manat məbləğində nağd pul krediti təklif edir.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumatda deyilir ki, kreditin məbləği 3 500 manatdan çox olduqda zamin tələb olunur. Verilən borcun maksimal həddi əmək haqqının dörd mislindən çox ola bilməz. Kreditin illik faiz dərəcəsi 28%, maksimal müddəti isə 24 aydır.

Kredit almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir – bank borcalandan əlavə sənəd tələb etmir.

“Bank VTB (Azerbaijan)”ın əmək haqqı layihəsi maaş, eləcə də digər daimi və birdəfəlik gəlirlərin şirkət əməkdaşlarının hesabına asan və sürətli köçürmə üsuludur. Maaşını Bankın kartı ilə müştərilər yerli “Accessbank”, “PAŞA Bank”, Rusiyanın VTB qrupuna daxil olan “Bank VTB (Gürcüstan)”, “Bank VTB (Ukrayna)”, “Bank VTB (Qazaxıstan)”, “Bank VTB (Belarus)”, həmçinin Rusiyadakı “VTB24” və “Poçt Bank”a aid bankomat şəbəkəsindən sərfəli tariflərlə istifadə edə bilərlər.

Əlavə məlumatı “Bank VTB (Azerbaijan)”ın ofislərinə və yaxud 986 qısa nömrəsi ilə Çağrı Mərkəzinə müraciət edərək əldə etmək mümkündür.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bankın səhmlərinin 51%-i "Bank VTB" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə Adıgözəl Ağayevə ("AtaHolding”in İdarə Heyətinin sədri) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi