​"Bank VTB (Azerbaijan)" dollar ipoteka kreditlərini manata çevirir

​"Bank VTB (Azerbaijan)" dollar ipoteka kreditlərini manata çevirir Bankın xarici valyutada olan ipoteka kreditlərinin 2/3-si manata çevrilib
Maliyyə
7 Yanvar , 2016 16:44
​Bank VTB (Azerbaijan) dollar ipoteka kreditlərini manata çevirir

Bakı. 7 yanvar. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC Bakıdakı tikinti şirkətləri ilə tərəfdaşlıqda xarici valyutada maliyyələşdirdiyi ipoteka kreditlərinin təxminən 2/3-ni müştərilər üçün manata çevirib. Bu barədə "Report"a Bankın İdarə Heyətinin üzvü, Pərakəndə biznesin inkişafı Departamentinin müdiri Tural Vəliyev məlumat verib.

T.Vəliyevin sözlərinə görə, bu proqram çərçivəsində ipoteka krediti portfelinin müəyyən hissəsi müştərilərlə fərdi razılaşma əsasında manat kreditlərinə transformasiya edilib: "Restrukturizasiya istiqamətində işlər davam etdirilir və müştərilərlə danışıqlar aparılır".

İdarə Heyətinin üzvü hazırda Bankın kreditləşməni müvəqqəti olaraq məhdudlaşdırdığını bildirib. T.Vəliyev ümumiyyətlə bank sektorunda kreditləşmənin 2017-ci ilin əvvəlində canlanmasını ehtimal edir: "2016-cı il isə əsasən problemli kreditlərin restrukturizasiyası və kredit portfelinin normallaşdırılması ili olacaq".

Son xəbərlər

Orphus sistemi