"Bank VTB (Azerbaijan)" dollar depozitlərini bahalaşdırıb

"Bank VTB (Azerbaijan)" dollar depozitlərini bahalaşdırıb Bank 12 aylıq dollar əmanəti üzrə illik 3% gəlirlik ödəyəcək
Maliyyə
12 May , 2017 16:01
Bank VTB (Azerbaijan) dollar depozitlərini bahalaşdırıb

Bakı. 12 may. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC dollarda açılan “Sərfəli” əmanəti üzrə faiz dərəcələrini artırıb. Yeni qaydalara əsasən, maksimal faiz dərəcəsi bir il müddətinə açılan əmanət üçün nəzərdə tutulub. Belə ki, əvvəl illik gəlirliyi 2% olan 12 aylıq dollar əmanəti üzrə illik faiz dərəcəsi indi 3% təşkil edir. Bu zaman faizlərin aylıq və ya müddətin sonunda götürülməsindən asılı olmayaraq faiz dərəcəsi dəyişməz qalır.

"Report" bu barədə Banka istinadən xəbər verir.

Qaydalarda daha bir yenilik dollar əmanətinin müddəti ilə bağlıdır. İndi müştərilər “Sərfəli” əmanətini 6 aylıq müddətə də aça bilər. Bu əmanət üzrə maksimal müddət isə 24 ay təşkil edir.

Əmanət üzrə minimal məbləğ 100 dollardır və müştərinin seçimindən asılı olaraq hesablanmış faizlər bank hesabına və ya cari hesaba köçürülə bilər. Depozit Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə əsasən sığortalanır.

"Bank VTB (Azerbaijan)"da əmanət hesabı açdıqda, müştərilərə hesablanmış faizləri çıxarmaq üçün pulsuz plastik kart və hesab üzrə məlumat almaq üçün pulsuz SMS-məlumatlandırma təqdim olunur. Həmçinin, depozit müqaviləsinin vaxtından əvvəl xitam verilməsi üzrə sərfəli şərtlər təklif olunur.

Son xəbərlər

Orphus sistemi