​"Bank VTB (Azerbaijan)"da yeni təyinat olub

​"Bank VTB (Azerbaijan)"da yeni təyinat olub Bankın İdarə Heyətinə yeni üzv təyin edilib
Maliyyə
22 İyun , 2016 10:47
​Bank VTB (Azerbaijan)da yeni təyinat olub

Bakı. 22 iyun. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin İdarə Heyətinə yeni üzv təyin edilib. Bankdan "Report"a verilən məlumata görə, söhbət Vadim Zinovyevdən gedir.

O, həm də "Bank VTB (Azerbaijan)"ın Risklər və monitorinq Departamentinin direktoru vəzifəsində çalışır, risklərin idarə olunması və problemli kreditlərə cavabdehdir.

V.Zinovyev Sankt-Peterburq Dövlət Mühəndis İqtisad Universitetini “Maliyyə və kredit” ixtisası üzrə bitirib, idarəetmə kadrlarının yenidən hazırlanması üzrə prezident proqramının məzunu olub. Onun bank sahəsində, o cümlədən rəhbər vəzifələrdə böyük iş təcrübəsi var.

V. Zinovyev "VTB" qrupunda 2013-cü ilin yanvarından, "Moskva Bankı"nda kredit əqdlərinin monitorinqi istiqamətinə rəhbərlik etməklə çalışmağa başlayıb.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" Rusiyanın "Bank VTB" ASC-nin törəmə bankıdır. Onun səhmdarları "Bank VTB" ilə yanaşı Azərbaycanın "AtaHolding" ASC-dir.

Son xəbərlər

Orphus sistemi