“Bank VTB (Azerbaijan)” birinci rübün maliyyə yekunlarını açıqlayıb

“Bank VTB (Azerbaijan)” birinci rübün maliyyə yekunlarını açıqlayıb Bakı. 30 aprel. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC-nin cəmi aktivləri illik müqayisədə 2,8 dəfə azalaraq 2018-ci il aprelin 1-nə 151 669 min manat təşkil edib.
Maliyyə
30 Aprel , 2018 13:52
“Bank VTB (Azerbaijan)” birinci rübün maliyyə yekunlarını açıqlayıb

Bakı. 30 aprel. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC-nin cəmi aktivləri illik müqayisədə 2,8 dəfə azalaraq 2018-ci il aprelin 1-nə 151 669 min manat təşkil edib.

“Report” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə kredit portfeli(məqsədli ehtiyatlar çıxılmaqla) illik 4,7 dəfə azalaraq bu il aprelin 1-nə 64 842 min manata enib.

Cəmi öhdəliklər illik 4,2 dəfə azalraq 93 434 min manata enib. Buna baxmayaraq, depozit portfeli illik 8% artaraq 47 720 min manata yüksəlib. 2018-ci il aprelin 1-nə bankın nizamnamə kapitalı 315 815 min manat(+6,2 dəfə), cəmi kapitalı 58 235 min manat(+62%), məcmu kapitalı 56 586 min manat(+11%) təşkil edib.

Bank 2018-ci ilin birinci rübü ərzində 247 412 min manat zərər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 948 dəfə çoxdur. 2018-ci ilin yanvar-mart aylarında bankın faiz gəlirləri 2 218 min manat, faiz xərcləri 5 722 min manat, qeyri-faiz gəliri (-1 474 min) manat, qeyri-faiz xərci 4 914 min təşkil edib.

Son xəbərlər

Orphus sistemi