"Bank VTB (Azerbaijan)" bazara yeni kartını çıxarıb

"Bank VTB (Azerbaijan)" bazara yeni kartını çıxarıb “Bakı-Moskva” rubl kartından digər ölkələrdə də istifadə etmək mümkündür
Maliyyə
6 İyul , 2017 11:59
Bank VTB (Azerbaijan) bazara yeni kartını çıxarıb

Bakı. 6 iyul. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin “Bakı-Moskva” adlı rubl kartını istifadəyə verib. “Report” xəbər verir ki, Bankın yeni kartı “cash back” funksiyası sayəsində Rusiya ərazisində nağdsız əməliyyatlar vasitəsilə xərclənən məbləğin 0,5%-ni geri qaytarır.

Qeyd edək ki, “Bakı-Moskva” kartı nağdsız ödənişlərin aparılması, eləcə də nağd vəsaitin çıxarılması üçün nəzərdə tutulan debet kartıdır. Kartın müddəti müştərinin seçimindən asılı olaraq 24 və 36 ay təşkil edir.

“Bakı-Moskva” kartından digər ölkələrdə də istifadə etmək mümkündür, bu zaman rubl müştəriyə tələb olunan valyutaya konvertasiya olunacaq.

Nağd valyutanın çıxarılması üçün VTB-nin güzəştli bankomat şəbəkəsindən istifadə olunduqda komissiya “Bank VTB (Azərbaycan)”ın tariflərinə uyğun tutulacaq. VTB-nin güzəştli bankomat şəbəkəsinə VTB (Azərbaycan), VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), eləcə də Rusiyada "VTB24" və "Poçta bank"ın ATM-ləri daxildir. Azərbaycan ərazisində güzəştli şəbəkəyə "Paşa Bank" və "Access Bank"ın  bankomatları aiddir.

Xatırladaq ki, “Bank VTB (Azerbaijan)” ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. Bankın səhmdarları "VTB Bank" ASC və “AtaHolding” MMC-dir, korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi