​"Bank VTB (Azerbaijan)" bazara yeni kart məhsulu çıxarıb

​"Bank VTB (Azerbaijan)" bazara yeni kart məhsulu çıxarıb Bu kart məhsulu işgüzar və turist səfərləri edənlər, habelə tələbələr üçün nəzərdə tutulub
Maliyyə
17 Fevral , 2016 13:01
​Bank VTB (Azerbaijan) bazara yeni kart məhsulu çıxarıb

Bakı. 17 fevral .REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC müştərilərə əlavə komissiya ödəmədən Rusiyada istifadə üçün nəzərdə tutulan rubl debet kartlarını təklif edir. Rubl kart məhsulu Rusiyaya mütəmadi işgüzar və turist səfərləri edənlər, habelə bu ölkədə təhsil alan tələbələrin tələbatı nəzərə alınmaqla işlənib hazırlanıb.

Bankın Bakıdakı baş ofisindən "Report"a verilən məlumata görə, tələblərinə uyğun olaraq müştərilər "Visa Electron", "Visa Classic", "Visa Gold" və "Visa Platinum" rubl kartı əldə edə bilər. Kartlar üzrə minimal müddət 12 ay, maksimal müddət isə 36 ay təşkil edir. Sadalanan bütün kartlarla bankomatlardan pul çıxarmaq, POS-terminal və internet vasitəsilə istənilən ödəmələr etmək mümkündür. Bu əməliyyatlar Rusiyada həyata keçirildikdə rubl kartındakı vəsaitdən valyuta konvertasiyasına görə əlavə komissiya tutulmayacaq.

Bundan başqa, "Bank VTB (Azerbaijan)"ın müştəriləri VTB Qrupun güzəşt şəbəkəsinin üstünlüklərindən də yararlana biləcəklər. Belə ki, VTB (Azerbaijan)ın rubl kartlarından Rusiyanın "VTB24", "Bank Moskvı" və "Leto Bank" kimi geniş filial şəbəkəsinə malik bankların bankomat və POS-terminallarından istifadə edərkən əməliyyatlar üzrə beynəlxalq tariflərlə deyil, bankdaxili tariflərlə xidmət göstəriləcək.

Qeyd edək ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. Bankın səhmdarları "VTB Bank" ASC və "AtaHolding" MMC-dir. "Bank VTB (Azerbaijan)" korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi