"Bank VTB (Azerbaijan)" Bakıda yeni filial açıb

"Bank VTB (Azerbaijan)" Bakıda yeni filial açıb Filial fərdi sahibkarlara, hüquqi və fiziki şəxslərə geniş spektrdə bank xidmətləri təklif edir
Maliyyə
24 Oktyabr , 2016 15:01
Bank VTB (Azerbaijan) Bakıda yeni filial açıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün "Bank VTB (Azerbaijan) ASC-nin Bakıda yeni ofisi – “Elmlər” filialı açılıb. Filial H.Cavid prospekti,32 ünvanında, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, “Elmlər” filialı fərdi sahibkarlara, hüquqi və fiziki şəxslərə geniş spektrdə bank xidmətləri təklif edir. Müştərilərə cari və depozit hesabların açılması, plastik kartların sifarişi, ölkədaxili və xaricə pul göndərilməsi və alınması, hesablaşma-kassa əməliyyatları üzrə xidmətlər təklif edilir. Filialda kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş maliyyə xidmətlərinə xüsusi diqqət yetiriləcək.

“Elmlər” filialının üstünlüklərindən biri seyf qutularının icarəsi üzrə xidmətin göstərilməsidir. Müştərilər sənədlərini, zinət əşyalarını, pullarını və digər qiymətli əşyalarını güvənli və təhlükəsiz şəraitdə qoruyub saxlamaq üçün müxtəlif həcmli depozit qutularını icarəyə götürə bilər.

“Paytaxt əhalisinin sıx cəmləşdiyi hissədə yeni filialın açılması Bankın inkişaf strategiyasına uyğundur. Məqsədimiz Azərbaycan sahibkarları üçün əsas tərəfdaş bank olmaqdır. Müştəri və tərəfdaşlarımızın rahatlığını təmin etmək üçün filial şəbəkəmizin yaxşılaşdırması və müasirləşdirilməsi siyasətimizi davam edəcəyik”, - deyə Bankın İdarə Heyətinin üzvü, Korporativ biznesin inkişafı Departamentinin direktoru İqor Okayev bildirib.

Son xəbərlər

Orphus sistemi