“Bank VTB (Azerbaijan)” Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək verəcək

“Bank VTB (Azerbaijan)” Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək verəcək Bu vəsait Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə qoyulub
Maliyyə
2 Noyabr , 2016 09:35
“Bank VTB (Azerbaijan)” Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək verəcək

Bakı. 2 noyabr. REPORT.AZ/ Rusiyanın “Bank VTB” ASC-si Azərbaycandakı törəməsi “Bank VTB (Azerbaijan)” ASC-yə bu il əlavə 110 mln. manat pul qoyub. “Report” xəbər verir ki, bu barədə Bankın vitse-prezidenti, həm də İdarə Heyətinin sədr müavini Mixail Oseyevski məlumat verib.

Onun sözlərinə görə, bu vəsait Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə qoyulub və lazım gələrsə, əlavə pul qoyuluşu da həyata keçiriləcək.

“Bank VTB” rəsmisi qeyd edib ki, hazırda təmsil etdiyi maliyyə qurumu əsasən Azərbaycan və Rusiya şirkətlərini müştəri kimi cəlb etmək barədə düşünür: “Özəl sektorda, orta bizneslə məşğul olan, dövriyyəsi 10-15 mln. dollar olan sahibkarlar hədəfimizdir”. 

Son xəbərlər

Orphus sistemi