Yuxarı
    Bağlamaq

    “Bank VTB” Azərbaycan bazarında sahibkarlara yeni xidmətlər təklif edəcək

    Rusiyanın “Bank VTB”-nin vitse-prezidenti Mixail Oseyevski Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb

    Bakı. 2 noyabr. REPORT.AZ/ Rusiyanın “Bank VTB” ASC-nin vitse-prezidenti, İdarə Heyətinin sədr müavini Mixail Oseyevski Bakıya işgüzar səfəri çərçivəsində bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb. 

    “Report” xəbər verir ki, görüşdə Bank rəsmisi təmsil etdiyi maliyyə qurumunun Azərbaycan sahibkarları ilə bağlı əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsina dair planlarının olduğunu, bu məqsədlə yerli törəməsi - “Bank VTB (Azerbaijan)” ASC-yə əlavə vəsait qoyuluşunun həyata keçirildiyini bildirib.

    “Rusiyada olduğu kimi, Azərbaycanda da dollarlaşma prosesi gedib. Milli valyutanın likvidliyi ilə bağlı problemlər var. Bu problemləri necə aradan qaldırmaq barədə düşünmək lazımdır. Vəziyyəti düzətlmək üçün “Bank VTB” Azərbaycan bazarına yeni xidmətlər, o cümlədən iş adamları üçün vacib olan faktorinq xidməti təqdim etməyə hazırlaşır”, - deyə M.Oseyevski qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi