"Bank VTB (Azerbaijan)" aktivlərini 17% artırıb

"Bank VTB (Azerbaijan)" aktivlərini 17% artırıb Bankın kredit portfeli 7%, depozit portfeli isə 24% böyüyüb
Maliyyə
15 Noyabr , 2016 14:30
Bank VTB (Azerbaijan) aktivlərini 17% artırıb

Bakı. 15 noyabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin məcmu aktivləri 2016-cı il oktyabrın 1-nə 431,934 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% çoxdur.

"Bank VTB (Azerbaijan)"ın aktivlərinin 84,2%-ni və yaxud 363,592 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son bir ildə Bankın kredit portfeli 6,6% böyüyüb.

Vaxtı keçmiş kreditlərin məbləği isə 5,8 dəfə artaraq 247,235 mln. manata çatıb. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 12,59%-dən 68%-ə yüksəlib.

Sentyabrın sonuna Bankın cəmi öhdəlikləri 395,028 mln. manat olub ki, bu da illik müqayisədə 21,7% çoxdur.

"Bank VTB (Azerbaijan)"ın öhdəliklərinin 14,7%-ni və yaxud 57,994 mln. manatını onun depozit portfeli təşkil edib. Bu göstərici il ərzində 23,8% artıb. Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 3 dəfə artaraq 30 mln. manata çatıb.

Son bir ildə kredit təşkilatının cəmi kapitalı isə 18,6% azalaraq 36,905 mln. manat olub.

Bu ilin yanvar-sentyabr aylarında "Bank VTB (Azerbaijan)"ın faiz gəlirləri 43,054 mln. manat (4,3% artım), faiz xərcləri 20,869 mln. manat (43,7% artım), qeyri-faiz gəlirləri 1,499 mln. manat (53,1% azalma), qeyri-faiz xərcləri isə 15,062 mln. manat (7,6% artım) təşkil edib. Bununla da, Bankın xalis əməliyyat mənfəəti 8,622 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46% azdır.

"Bank VTB (Azerbaijan)" aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 10,887 mln. manat yönəldib və ilin ilk 9 ayını 2,265 mln. manat xalis zərərlə başa vurub. Qeyd edək ki, 2015-ci ilin ilk 9 ayında Bankın zərəri 2,472 mln. manat olub.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 254,075 mln. ədəd səhm əsasında formalaşıb. Onun səhmlərinin 51%-i "VTB Bank" ASC-yə (Rusiya), 48,99%-i "AtaHolding" MMC-yə, 001%-i isə adı çəkilən holdinqin Müşahidə Şurası sədrinin birinci müavini Əşrəf Kamilova məxsusdur.

Son xəbərlər

Orphus sistemi