​"Bank Tecnique" ipoteka kreditləşməsini artırıb

​"Bank Tecnique" ipoteka kreditləşməsini artırıb Ötən il ərzində bankın kredit portfeli 33% artıb
Maliyyə
5 Fevral , 2015 14:28
​Bank Tecnique ipoteka kreditləşməsini artırıb

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın "Bank Tecnique" ASC-nin aktivləri 2014-cü il ərzində 16,7% artaraq cari il yanvarın 1-nə 608,726 mln. manata çatıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat ilində "Bank Tecnique"in kredit portfeli 32,5% artıb və ilin əvvəlinə 434,727 mln. manat təşkil edib. Məcmu portfelin 24,05%-i və ya 104,559 mln. manatı 12 ayadək, 75%-i və ya 330,168 mln. manatı 12 aydan artıq kreditlərin payına düşüb.

Məcmu kredit portfelinin 30,56%-ni və ya 132,864 mln. manatını təşkil edən istehlak kreditlərinin həcmində isə illik 58,84% artım qeydə alınıb. Avtomobil kreditləşməsi isə bu müddətdə 32,11% azalaraq 10,111 mln.manat təşkil edib.

Kredit portfelində ipoteka kreditlərinin həcmi əvvəlki illə müqayisədə 2,97 dəfə artaraq 93,99 mln. manata çatıb. Bunun da 24,687 mln. manatı Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən kreditlərdir. Bildirək ki, hesabat ilində bankın AİF xətti ilə verdiyi kreditlərin həcmi 4,97% azalıb.

Hesabat ilində bankın depozit portfeli 2,37% azalaraq cari il yanvarın 1-nə 303,369 mln. manat olub. Bu müddətdə əhalinin banklardakı əmanətlərinin həcmində isə əksinə artım müşahidə olunub və əmanətlər illik müqayisədə 6,62% artaraq 169,471 mln. manata yüksəlib.

Cari il yanvarın 1-nə "Bank Tecnique"in məcmu kapitalı 62,237 mln. manat, nizamnamə kapitalı 75,1 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi