Yuxarı

"Bank Technique"in rəhbərliyində dəyişiklik olub

Bankın Müşahidə Şurasının sabiq sədri vəzifəsinə qaytarılıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Bank Technique” ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilmiş Etibar Mahmud oğlu Əliyev bu gündən vəzifəsinin icrasına başlayıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə bankın yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, oktyabrın 16-da bankın səhmdarlarının yığıncağında Müşahidə Şurasının sədri Rövşən İsmayılovun işdən çıxması isə bağlı ərizəsi təmin edilib. 

Xatırladaq ki, R.İsmayılov bu vəzifədə elə E.Əliyevi əvəz eləyib və 2012-də ildə bankın Müşahidə Şurasının sədri təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi