​“Bank Technique” kapitalını artırmaq üçün iri kredit cəlb edir

​“Bank Technique” kapitalını artırmaq üçün iri kredit cəlb edir Bank manatın devalvasiyası ilə əlaqədar bazardakı vəziyyətini də şərh edib
Maliyyə
17 Mart , 2015 17:50
​“Bank Technique” kapitalını artırmaq üçün iri kredit cəlb edir

Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanda “Bank Technique” ASC-nin rəhbərliyi 8 mln. manata qədər uzunmüddətli subordinasiya kreditinin cəlb edilməsi barədə qərar qəbul edib. Bu barədə "Report"a bankın baş ofisindən məlumat verilib.

Məlumata görə, iri kreditin cəlb edilməsi ölkədə baş vermiş son devalvasiya prosesləri nəticəsində azalmış kapitallaşmanın bərpası istiqamətində atılmış ilk addımdır. Səhmdarların qərarı bankın hazırkı rəqabət qabiliyyətli mövqelərini qorumaqla, fəaliyyətin genişləndirilməsinə yardımçı olacağı deyilir. Belə ki, yaxın vaxt ərzində bank yeni innovativ məsafəli bankçılıq xidmətlərini və unikal məhsulu – displey-kartları təqdim etməyə hazırlaşır. Həmçinin özünə xidmət prinsipi ilə fəaliyyət göstərən texnoloji şöbələrin yaradılması üzrə konsepsiya qəbul edilib və yaxın vaxtda tətbiqinə başlanacaq.

Yeni qərarla yanaşı, bankda manatın devalvasiyası ilə əlaqədar bank bazarındakı vəziyyəti şərh ediblər: “Rəhbərlik valyuta məzənnələrinin dəyişməsi proseslərinin ilin yekunlarına görə gəlirliyə təsir edəcəyini istisna etmir, lakin bu qətiyyən müştərilərimizə təsir etməyəcək, bankın iflası haqqında fikirlər isə absurddur. Qeyd etmək vacibdir ki, “Fitch Ratings” agentliyi bankın reytingini "B-" səviyyəsində təsdiq edib, mövqelərimiz sabitdir, misal üçün, likvidlik əmsalı kimi mühüm göstərici fevral ayı üçün normativ tələbləri iki dəfədən çox üstələyib və 59,37% olub ki, bu, öhdəliklərin tam yerinə yetirməsinə işarə edir".

Eyni zamanda, hətta devalvasiya prosesləri ərzində bankın depozit portfelinin artımı qeydə alınıb. Belə ki, 20 fevral 2015-ci il tarixinə fiziki şəxslərin əmanət portfeli 195,4 mln. manat təşkil edirdisə, martın 17-nə bu göstərici müvafiq olaraq 11,87% artaraq 218,6 mln. manata bərabər olub. Təbii ki, artım xarici valyutada olan əmanətlərin bahalaşması ilə şərtlənir, lakin 20 fevral tarixinə qüvvədə olan məzənnə ilə hesabladıqda belə xalis artım 1,74% təşkil edir.

Son xəbərlər

Orphus sistemi