"Bank Technique"in səhmdarlarının toplantısı keçiriləcək

"Bank Technique"in səhmdarlarının toplantısı keçiriləcək İclasda Bankın İdarə Heyətinə sədrin təyin olunacağı istisna edilmir
Maliyyə
4 Noyabr , 2015 10:19
Bank Techniquein səhmdarlarının toplantısı keçiriləcək

Bakı. 4 noyabr. REPORT.AZ/ Dekabrın 4-də "Bank Technique" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report"un verdiyi xəbərə görə, bu barədə Bankın İdarə Heyətinin rəsmi qəzetdə dərc olunan elanında bildirilir. 

Növbədənkənar ümumi yığıncaq Bakı şəhəri, Babək prospekti,16 ünvanında keçiriləcək. Yığıncaqda Bankın İdarə Heyətinə sədrin təyin olunacağı da istisna edilmir.

Qeyd edək ki, oktyabrın 16-da bankın səhmdarlarının yığıncağında Müşahidə Şurasının sədri Rövşən İsmayılovun işdən çıxması isə bağlı ərizəsi təmin edilib və  Bankın səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilmiş Etibar Mahmud oğlu Əliyev oktyabrın 27-dən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, R.İsmayılov bu vəzifədə elə E.Əliyevi əvəz eləyib və 2012-ci ildə bankın Müşahidə Şurasının sədri təyin olunub.

Son xəbərlər

Orphus sistemi