​"Bank Technique"in illik mənfəəti azalıb

​"Bank Technique"in illik mənfəəti azalıb Hesabat ilində Bankın qeyri-faiz zərəri kəskin artıb
Maliyyə
30 Yanvar , 2015 12:53
​Bank Techniquein illik mənfəəti azalıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanın "Bank Technique" ASC-nin mənfəəti 2014-cü ildə illik müqayisədə 29,32% azalaraq 2,723 mln. manat təşkil edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, ötən il Bankın gəlirləri 38,05% artaraq 60,414 mln. manata çatıb. Gəlirlərin 65,35%-ni təşkil edən faiz gəlirləri illik müqayisədə 56,82% artaraq 39,478 mln. manat, 34,65%-ni əhatə edən qeyri-faiz gəlirləri 12,63% artaraq 20,936 mln. manat olub.

Hesabat ilində bankın xərcləri 44,55% artaraq 57,692 mln. manata yüksəlib. Bunun da 45,75%-i faiz, 52,99%-i qeyri-faiz, 1,26%-i PR və marketinq xərcləri olub. Hesabat ilində faiz xərcləri 45,80% artaraq 26,393 mln. manat, qeyri-faiz xərcləri 46,54% artaraq 30,570 mln. manat, PR və marketinq xərcləri 23,13% azalaraq 728,68 min manat təşkil edib.

Nəticədə, 2014-cü ildə "Bank Technique"in faiz mənfəəti 13,085 mln. manat, qeyri-faiz zərəri 9,634 mln. manat təşkil edib. Bu da öz növbəsində 2013-cü ilə nisbətən müvafiq olaraq 85,02% və 4,2 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi