Yuxarı

"Bank Technique" həbslərlə bağlı xəbərləri təkzib edib

Bank Technique: Yayılmış məlumatlar yalandır

Bakı. 26 may. REPORT.AZ/ Son günlər bir sıra KİV-də "Bank Technique" ASC-də həbslərin aparılması və qalmaqallı hadisələrin baş verməsi barədə yayılan xəbərlər yanlışdır və həqiqəti əks etdirmir. 

"Report" bankın yaydığı rəsmi açıqlamaya istinadən xəbər verir ki, bankın heç bir rəhbər işçisi, sıravi əməkdaşı bu və ya digər səpkidə mühafizə orqanları tərəfindən dindirilməyib, saxlanılmayıb və həbs edilməyib: "Yayılmış məlumatlar yalandır". 

Bankın bəyanatında bildirilir ki, "Bank Technique" bu cür qərəzli məlumatların yayılmasını pisləyir, imicinə xələl gətirməklə, ictimaiyyətdə mənfi fikirlərin formalaşdırılmasının mümkünlüyünü nəzərə alaraq, qanun çərçivəsində addım atacağını bildirir.

"Bank həmin KİV nümayəndələrinə yazıları dərc edərkən peşəkarlıq səviyyələrini qorumağı, "KİV haqqında" qanunun müddəalarına riayət etməyi tövsiyə edir və bankın mətbuat üçün daim açıq və şəffaf olduğunu diqqətə çatdırır", - bankdan bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi