​"Bank Technique" əmanət faizlərini artırıb

​"Bank Technique" əmanət faizlərini artırıb "Bank Technique" qısamüddətli əmanət faizlərini illik 14%-dək artırıb
Maliyyə
1 İyun , 2015 16:12
​Bank Technique əmanət faizlərini artırıb

Bakı. 1 iyun. REPORT.AZ/ “Bank Technique” ASC “İsti yayın sərinləşdirici qazancı” adlı kampaniyası çərçivəsində fiziki şəxslərin əmanətləri üzrə faiz dərəcələrini artırıb. Artım milli valyutada “Standart” əmanətinə şamil olunur.

"Report"un banka istinadən verdiyi xəbərə görə, avqustun 31-dək hər bir müştəri banka müraciət edərək, 12 ay müddətinədək əmanət yerləşdirə və illik 14%-ə qədər qazanc əldə edə bilər. Əmanət üzrə digər şərtlər dəyişməz qalıb.

Qeyd edək ki, fevral ayında da “Bank Technique”də əmanət faizlərinin artırılması barədə qərar qəbul edilib. “Standart” əmanət növü üzrə illik faiz dərəcəsi 10%-dən 12%-ə yüksəldilib.

Bank həmçinin “Tələbli” depoziti üzrə faiz dərəcələrini 6%-dək artırıb.

Son xəbərlər

Orphus sistemi