​"Bank Technique" Azərbaycanda ilk dəfə displey-kartların emissiyasına başlayıb

​"Bank Technique" Azərbaycanda ilk dəfə displey-kartların emissiyasına başlayıb Bank ən yeni İnnovativ Məsafəli Bankçılıq Xidmətlərini nümayiş etdirib
Maliyyə
4 May , 2015 14:12
​Bank Technique Azərbaycanda ilk dəfə displey-kartların emissiyasına başlayıb

Bakı. 4 may. REPORT.AZ/ "Bank Technique" ASC "Technique Online" tamfunksional internet-bankçılıq sistemi, "Technique Mobile" smartfonlar üçün mobil proqram və Azərbaycan bazarı üçün unikal hesab edilə bilən və bank əməliyyatlarının telefon əlaqəsi vasitəsilə icrasını təmin edən "Technique ID" qabaqcıl identifikasiya sistemini birləşdirən ən yeni İnnovativ Məsafəli Bankçılıq Xidmətlərini nümayiş etdirib.

"Report" xəbər verir ki, məsafəli xidmətlərlə yanaşı, Bank Azərbaycanda ilk dəfə olaraq yeni kart məhsulu - displeylə təchiz edilmiş bank kartlarının (displey-kartlar) buraxılışına başlayıb.

"Eyniləşdirmə sahəsində ən yeni məhsul kimi tanınan bu növ kartlar onlayn-bankçılıqda, ümumiyyətlə internetdə ən rahat və təhlükəsiz hesab edilir. Maqnit zolağı və çipdən əlavə, bu kartın üzərində kiçik maye-kristal ekran və düymə yerləşir. Düyməni sıxdıqda, displeydə internet-əməliyyatları keçirmək üçün, hər dəfə xüsusi, birdəfəlik kod əks olunur.Displey-kartlar digər bank kartları kimi ümumi istifadə oluna bilər", - deyə Bankdan bildirlib.

Belə ki, www.online.banktechnique.az ünvanında yerləşərən "Technique Online" internet-bankçılıq sistemi müasir tələblərə cavab verərək, beynəlxalq nümunələrdən geri qalmır və əvvəllər Azərbaycanda mövcud olmayan potensialı ilə seçilir. Sistemdə qeydiyyatdan keçmiş həm fiziki, həm hüquqi şəxslər bank xidmətlərinin demək olar ki, bütün spektrindən məsafədən istifadə edə biləcəklər. Veb-versiyanın imkanlarını təkrarlayan "iOS" və "Android" platformaları üçün hazırlanmış "Technique Mobile" mobil proqramını da müvafiq olaraq "iTunes" və "Google Play" onlayn mağazalarından pulsuz yükləmək mümkündür.

Tədbirdə çıxış edən Bankın Müşahidə Şurasının üzvü Rauf Ağayev istifadəyə verilən məsafəli xidmətlərin üstünlüklərindən danışaraq, 2012-ci ildə həyata keçirilən rebrendinqdən sonra "Bank Technique"in strateji hədəfinin ən təkmil məsafəli bankçılıq sistemini qurmaqdan ibarət olduğunu diqqətə çatdırıb. "Bankda cəmləşmiş peşəkarlar komandasının səyləri nəticəsində 3 illik transformasiya dövrü başa çatdıb və növbəti ilklərə imza ataraq,ölkədə əvvəllər mövcud olmayan məsafəli xidmətləri, eyniləşdirmə sistemlərini müştəriləriin ixtiyarına verməklə Bank öz tarixinə daha bir parlaq səhifə yazır".

Bankın baş direktoru Kamran Axundov yeni istifadəyə verilən xidmətlər və displey-kartlar barədə məlumat verib. Bildirilib ki, məsafəli xidmətləri işə salmadan öncə mövcud imkanları qiymətləndirdik və əmin olduq ki, bazarda müştərilərin tam həcmdə bank əməliyyatlarını məsafədən idarə etmək imkanı yaradan sistemlərə ehtiyac duyulur. Təqdim olunan "Technique Online", "Technique Mobile" və "Technique ID" sistemləri kompyuter, smartfon və planşet, adi telefon bağlantısı kanallarını əhatə edir. Sistemlər 24 saat iş prinsipi ilə fəaliyyət göstərir, istifadəyə verilmiş kanallar isə geniş əhatə dairəsinə malikdir. Baş direktorun sözlərinə görə, bu uğuru qeyd etmək üçün son 3 il ərzində Bankda ciddi islahatlar aparılıb. Belə ki, təşkilatı struktur təkmilləşdirilib, yeni prosesinq mərkəzinə keçid tamamlanıb, müasir avtomatlaşdırılmış bank sistemi tətbiq edilib, elektron sənəd dövriyyəsinə start verilib, yeni xidmət və məhsullar hazırlanıb. Beləliklə, ölkədə ilk olaraq "Bank Technique" tam həcmdə məsafəli xidmətləri təklif etməyə nail olub. Ümumilikdə, məsafəli sistemlər 18 istiqamət üzrə 75 xidməti birləşdirməklə bütün bank əməliyyatlarını əhatə edir. 

Son xəbərlər

Orphus sistemi