"Bank Standard" müflis elan olunub

"Bank Standard" müflis elan olunub Bununla bağlı qərarı 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qəbul edib
Maliyyə
6 Oktyabr , 2016 15:43
Bank Standard müflis elan olunub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi "Bank Standard" QSC müflis elan edilib.

Bu barədə "Report"a Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADİF) məlumat verilib.

Bildirilib ki, bununla bağlı qərarı oktyabrın 4-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qəbul edib. Qərara əsasən, ADİF Bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi