Yuxarı

"Bank Standard"ın qarşısında izdiham yaranıb - FOTO

Bankın əksər müştəriləri pulunu almaq üçün baş ofisə gəliblər

Bakı. 11 oktyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin əmanətçilərinə bu gündən etibarən kompensasiya ödənişinə başlanması Bankın baş ofisinin qarşısında izdiham yaradıb. "Report" xəbər verir ki, buna səbəb "Bank Standard"ın filiallarının müştərilərinin də pulunu almaq üçün baş ofisə üz tutması olub.

Bununla belə, əmanətçilərə izah edilib ki, kompensasiya həm də filiallarda ödənilir və hər bir müştəri əmanət hesabının olduğu filiala üz tutmalıdır. Bundan sonra əmanət sahiblərinin sayında nisbətən azalma müşahidə edilib.

Əmanətçilərin sayının çox olduğu və baş verə biləcək xoşagəlməz hallar nəzərə alınaraq "Bank Standard"ın qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib, əraziyə xeyli sayda post-patrul xidmətinin əməkdaşları, eləcə də təcili tibbi yardım xidməti cəlb edilib. 

Qeyd edək ki, əmanətçilərin pulu növbəyə yazılmaqla qaytarılır. Bunun üçün ilk növbədə onlara Əmanətlərin Sığortalanması Fondunun adına yazılmış kompensasiyanın ödənilməsi haqqında ərizə forması təqdim olunur. Ərizə doldurulduqdan sonra əmanətçiyə ödəniş verilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi