Yuxarı
    Bağlamaq

    “Bank Standard”ın kreditorları Kreditorlar Komitəsində hamılıqla təmsil olunmadıqlarından narazılıq edib

    ADIF-in icraçı direktoru Azad Cavadov isə Kreditorlar Komitəsinin üzvlərinin sayının bir qədər artırılmasını istisna etməyib

    Bakı. 28 aprel. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin bu gün keçirlən Kreditorlar Komitəsinin ilk iclasına qatılmış, komitənin üvzü olmayan fiziki şəxslər komitəyə cəmi 20 nəfərin daxil olmasından narazılıq ediblər.

    “Report”un məlumatına görə, onlar bankdakı vəsaitlərin qaytarılması zamanı maraqlarının lazımi səviyyədə qorunmayacağından narahat olduqlarını deyiblər.

    Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov isə narahatlığa heç bir əsas olmadığını, sadəcə 150 minə yaxın kreditorun hamısının Kreditorlar Komitəsinə daxil edilməsinin, onların hamısının komitənin iclaslarına çağırılmasının texniki baxımdan mümkün olmadığını bildirib. Bununla belə, o Kreditorlar Komitəsinin üzvlərinin sayının bir qədər artırılmasını istisna etməyib. 

    Bundan sonra, bir neçə kreditorun təşəbbüsü ilə onlar Kreditorlar Komitəsinə üzv seçiliblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi