Yuxarı

“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir

Bankın ləğvedicisi kreditorların ona ünvanladığı məktuba cavab verib
© Report

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.

“Report” xəbər verir ki, toplantı Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanası Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən inzibati binasında təşkil olunub.

İclasda çıxış edən Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov bildirib ki, ADİF kreditorların ona ünvanladığı məktuba cavab verib: “Məktubda kreditorlar vaxtilə “Bank Standard”a ayrılmış 15 mln. manat vəsaitin hara xərclənməsini soruşub. Fond bəyan edib ki, həmin pulun 13 mln. manatdan bir qədər çox hissəsi AMB-yə ödənilib, qalan 1,7 mln. manatlıq hissəsi isə digər xərclərə yönəldilib”.

Bununla belə, onun sözlərinə görə, ADİF-in cavabı qənaətbəxş deyil və Fond həmin vəsaitin konkret kimlərə verildiyini açıqlamalıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi