“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir

“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir Bakı. 14 fevral. REPORT.AZ/ Bakıda ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası başlayıb.
Maliyyə
14 Fevral , 2019 16:03
“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir

Bakı. 14 fevral. REPORT.AZ/ Bakıda ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası başlayıb.

“Report” xəbər verir ki, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında, Fondun icraçı direktorunun müavini Vüqar Abdullayevin iştirakı ilə keçirilir.

İclası Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov açıq elan edib. O, ilk növbədə, V.Abdullayevin vergilər nazirinin keçmiş müşaviri Habil Məmmədovu özünə müşavir təyin etməsi barədə danışıb və bu təyinatdan narazı olduğunu ifadə edib: “Məndə olan məlumata görə, hazırda onun işi problemli kreditlərin geri qaytarılmasıdır. Vergilər Nazirliyində işləyəndə o adamın otağının adı "dinmə, ver" olub. Bu adama burada necə vəzifə verilib?”

Daha sonra Əkrəm Həsənov ləğvedicinin bəzi qaydaları pozduğunu deyib: “Mən deyirəm ki, müflis olmuş bankın ləğv edilməsinə görə əmək haqqı ödənilə bilməz, amma Fond bunu edir”.

Daha sonra kreditorlar qarşısında çıxış edən V.Abdullayev H.Məmmədovla bağlı deyilənlərə münasibət bildirməyib, sadəcə, deyib ki, “Bank Standard” qarşısında borc öhdəliyi olanlar indiyə qədər 90 milyon manat ödəniş ediblər. Bundan başqa, 60 milyon manatlıq əmlak Bankın balansına keçirilib.

İclas davam edir.

Son xəbərlər

Orphus sistemi