“Bank Standard”ın əmanətçilərinin martda verdiyi 6 məhkəmə iddiasının 4-ü geri qaytarılıb

“Bank Standard”ın əmanətçilərinin martda verdiyi 6 məhkəmə iddiasının 4-ü geri qaytarılıb Bakı. 26 aprel. REPORT.AZ/ Ləğv prosesində olan “Bank Standard” QSC-nin əmanətçilərinin martda verdiyi 6 məhkəmə iddiasının 4-ü geri qaytarılıb.
Maliyyə
26 Aprel , 2018 16:14
“Bank Standard”ın əmanətçilərinin martda verdiyi 6 məhkəmə iddiasının 4-ü geri qaytarılıb

Bakı. 26 aprel. REPORT.AZ/ Ləğv prosesində olan “Bank Standard” QSC-nin əmanətçilərinin martda verdiyi 6 məhkəmə iddiasının 4-ü geri qaytarılıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.

"Nəsimi rayon məhkəməsi 4 iddianı geri qaytarıb. Səbəb kimi isə iddianın kollektiv şəkildə verilə bilməsinin mümkün olmaması göstərilib. Bildirilib ki, iddialar fərdi şəkildə verilməlidir. Bu qərarı mən qanunsuz sayıram. Sizə zərəri eyni şəxslər vurub, eyni hərəkətləri edib. İddia eyni məzmundadır. Bir-bir iddia verilməsi elə məhkəmələr üçün yük olar. Bunlardan ikisi üzrə artıq apellyasiya şikayəti vermişik. İkisi üzrə isə, hələ ki, qərardadı gözləyirik", - deyə o qeyd edib. 

Onun sözlərinə görə, əmanətçilər Azərbaycan Mərkəzi Bankına (AMB) və Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb: “MBNP üzrə iddiaya ilk hazırlıq iclası olub. Hakim iddianın kollektiv olmasına irad bildirib, ancaq qanunsuz saymayıb. Bildirilib ki, iddianı verməzdən əvvəl MBNP-dan pul tələb edilməli idi, əgər Palata vəsaiti verməkdən imtina etsə, o zaman məhkəməyə verilməli idi. Növbəti iclas mayın 14-də olacaq. Mən bu yanaşmanı da qanunsuz sayıram. AMB-yə qarşı idda ilə bağlı iclasın vaxtı hələ də təyin edilməyib. Güman ki, eyni məhkəmə olduğu üçün cavab eyni olacaq”. 

Qeyd edək ki, əmanətçilər AMB-ni, onun sədri Elman Rüstəmovu, MBNP-ni, onun Direktorlar Şurasının sədri Rüfət Aslanlını, eləcə də Bankın auditini həyata keçirmiş KPMG audit şirkətini ötən ay məhkəməyə verib.

Son xəbərlər

Orphus sistemi