Yuxarı

"Bank Standard"ın əmanətçilərinə kompensasiya sabah da ödəniləcək

Bu, Bankın əmanətçilərinin sayının çoxluğu ilə bağlıdır

Bakı. 14 oktyabr. REPORT.AZ/ Ləğvetmə prosesində olan "Bank Standard" QSC-nin 3 mindən artıq əmanətçisinə indiyə qədər 100 mln. manata yaxın kompensasiya ödənilib. Bu barədə "Report"a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Məlumatda deyilir ki, Bankın əmanətçilərinin sayının çoxluğu, onların arasında sosial baxımdan həssas insanların olması nəzərə alınaraq kompensasiyaların verilməsi sabah (şənbə günü) saat 10:00-dan 15:00-a kimi də həyata keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi