"Bank Standard"ın birjada market-meyker fəaliyyəti dayandırılıb

"Bank Standard"ın birjada market-meyker fəaliyyəti dayandırılıb Bank BFB-də “Bank of Baku”nun istiqrazları üzrə market-meyker fəaliyyətini icra edib
Maliyyə
19 May , 2016 16:49
Bank Standardın birjada market-meyker fəaliyyəti dayandırılıb

Bakı. 19 may. REPORT.AZ/ “Bank Standard” QSC-nin Bakı Fond Birjasında market-meyker fəaliyyəti dayandırılıb. “Report” xəbər verir ki, bu barədə BFB məlumat yayıb.

Belə ki, Birjanın yeni ticarət qaydalarına əsasən, BFB-də market-meyker fəaliyyəti birja üzvləri olan investisiya şirkətləri tərəfindən həyata keçirilir.

Qeyd edək ki, "Bank Standard" BFB-də “Bank of Baku” ASC-nin AZ2008005368 dövlət qeydiyyat nömrəli istiqrazları üzrə market-meyker fəaliyyətini icra edib.

Son xəbərlər

Orphus sistemi