​"Bank Silk Way" nizamnamə kapitalını artırır

​"Bank Silk Way" nizamnamə kapitalını artırır Bank mövcud səhmlərinin nominalını artırır
Maliyyə
10 İyul , 2015 13:04
​Bank Silk Way nizamnamə kapitalını artırır

Bakı. 10 iyul. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Bank Silk Way” ASC-nin nominal dəyəri 149,50 manat olan 679 230 ədəd adi sənədsiz adlı səhmlərin AZ1007000461 qeydiyyat nömrəsi buraxılışı dövlət qeydiyyatına alınıb.

Emissiyanın yerləşdirilməsi "Bank Silk Way”in nominal dəyəri 146,00 manat və eyni sayda olan hazırkı səhmlərin yeni parametrlərə konvertasiyası yolu ilə aparılacaq.

Bildirək ki, tam yerləşdirmə nəticəsində Bankın nizamnamə kapitalı 2,4% artaraq 101,545 mln. manata çatacaq.

Son xəbərlər

Orphus sistemi