"Bank Silk Way" birinci yarımilldə zərərlə işləyib

"Bank Silk Way" birinci yarımilldə zərərlə işləyib Bank birinci yarımildə 0,4 mln. manat zərər edib
Maliyyə
19 İyul , 2016 18:12
Bank Silk Way birinci yarımilldə zərərlə işləyib

Bakı. 19 iyul. REPORT.AZ/ "Bank Silk Way" ASC bu ilin birinci yarısında 429,06 min manat zərərlə işləyib. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 2 021,47 min manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bu ilin birinci yarısında bankın faiz gəlirləri 11 325,3 min manat, qeyri-faiz gəlirləri 5 320,3 min manat, faiz xərcləri 6 034,8 min manat, 3 916 min manat olub.

Bankın aktivləri illik 24% artaraq cari il iyulun 1-nə 364 400 min manata yüksəlib. Kredit portfeli 44,7% artaraq 346 257 min manata çatıb. Bu müddətdə depozit portfeli 45,6% artaraq 148 207 min. manat təşkil edib. Hesabata əsasən depozitlərin 132 802 min. manatı xarici valyutada yerləşdirilib. 

Bu il iyulun 1-nə əsasən, bankın məcmu kapitalı 106 530 min manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi