"Bank Respublika" zərərini açıqlayıb

"Bank Respublika" zərərini açıqlayıb Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 11%-i keçib
Maliyyə
13 Noyabr , 2015 15:26
Bank Respublika zərərini açıqlayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Cari ilin noyabr ayının 1-nə  "Bank Respublika" ASC-nin aktivləri 735,193 mln. manata çatıb ki, bu da 2014-cü ilin müvafiq dövründən 33% artıqdır.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövrünə Bankın kredit portfeli 306,449 mln. manat, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 11,30% təşkil edib. Məcmu kapital və nizamnamə kapitalı olduğu kimi – müvafiq olaraq 72,424 mln. manat və 37, 461 mln. manat qalıb, məcmu kapitalın adekvatlığı əmsalı isə 20,13%-dək yüksəlib.

Bu ilin 10 ayında Bankın cəmi gəlirləri 68,820 mln. manat, o cümlədən faiz gəlirləri 52,394 mln. manat, qeyri-faiz gəlirləri isə 16,426 mln. manat təşkil edib. Bu ilin nəticədə, xalis əməliyyat mənfəəti 23,156 mln. manat olub. Ötən ilin analoji dövrü ilə müqayisədə "Bank Respublika"nın cəmi gəlirləri 26,8% artıb. Əldə olunan mənfəət hesabına ehtiyat fondunun yaradılması nəticəsində Bankın zərəri 291 min manat təşkil edib.

Hesabat dövrünün sonuna Bankın depozit portfeli 416,420 mln. manat olub ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 21,17% çoxdur. Bankın cəmi öhdəlikləri isə 672,455 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi