"Bank Respublika" Zaqatala və Balakəndə yerləşən internat məktəbində Novruz şənliyi keçirib

"Bank Respublika" Zaqatala və Balakəndə yerləşən internat məktəbində Novruz şənliyi keçirib Ötən il çoxsaylı faydalı sosial layihələr həyata keçirən Bank Respublika bu dəfə Novruz bayramı ərəfəsində paytaxtdan kənarda yerləşən ucqar internat məktəblərində balacalar üçün “Bahar Sevinci” adlı sosial layihə həyata keçirib.
Maliyyə
19 Mart , 2019 17:00
Bank Respublika Zaqatala və Balakəndə yerləşən internat məktəbində Novruz şənliyi keçirib

Ötən il çoxsaylı faydalı sosial layihələr həyata keçirən Bank Respublika bu dəfə Novruz bayramı ərəfəsində paytaxtdan kənarda yerləşən ucqar internat məktəblərində balacalar üçün “Bahar Sevinci” adlı sosial layihə həyata keçirib.

Layihə çərçivəsində bankın əməkdaşları Zaqatala və Balakən şəhərində yerləşən inteqrasiya təlimli, internat tipli gimnaziyada təhsil alan azyaşlı uşaqların arzularını həyata keçirərək onlar üçün bayram şənliyi təşkil edib.

Bayram şənliyində uşaqlar Novruz bayramının əsas personajları olan Kosa və Keçəl ilə birlikdə mahnı oxuyub, şeir söyləyib, rəqs edib, doyunca əyləniblər.

Şənlikdə bankın əməkdaşları valideyn himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan 100-dən çox uşaq üçün əsl bayram əhval-ruhiyyəsi yaradaraq onları bayram münasibətilə təbrik edib, bank tərəfindən hazırlanmış bayram sovqatlarını təqdim ediblər.

Bankdan verilən məlumata əsasən, Bank Respublika bu il həyata keçirdiyi strategiya çərçivəsində, sadəcə, biznes sahəsində deyil, həmçinin sosial sahədə də müxtəlif layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi