“Bank Respublika” yenidən “Zolotaya korona”ya qoşulub

“Bank Respublika” yenidən “Zolotaya korona”ya qoşulub Bank 1%-dən başlayan tariflərlə 10 dəqiqə ərzində pul köçürmək imkanı yaradıb
Maliyyə
16 Oktyabr , 2017 15:32
“Bank Respublika” yenidən “Zolotaya korona”ya qoşulub

Bakı. 16 oktyabr. REPORT.AZ/ “Bank Respublika” “Zolotaya korona” sistemi üzrə təcili pul köçürmələrini bərpa edib.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, MDB və digər xarici ölkələri əhatə edən sistem vasitəsilə pulköçürmə xidmətləri hal-hazırda “Bank Respublika”nın bütün filiallarında göstərilir. Bank 1%-dən başlayan (göndərilən məbləğdən və istiqamətdən asılı olaraq) tariflərlə 10 dəqiqə ərzində pul köçürmək imkanı yaradıb.

Müştərilər pulu 3 valyutada - ABŞ dolları, Avro və Rusiya Rublunda göndərə və ala bilərlər. Bankın filiallarında köçürmə əməliyyatları etdikdə valyuta mübadiləsi üçün çox sərfəli məzənnələr təklif olunur.

“Zolotaya Korona” sistemi ilə pul köçürmək üçün şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək, bankın təqdim etdiyi müvafiq blankı doldurmaq tələb olunur. Daha sonra müştəriyə 9 rəqəmli kod verilir, pulu alan şəxs həmin kodu təqdim edən kimi köçürməni ala bilər.

Son xəbərlər

Orphus sistemi