"Bank Respublika" bazara yeni məhsul çıxarıb

"Bank Respublika" bazara yeni məhsul çıxarıb Bu məhsulu Bankın istənilən filialında sifariş etmək olar
Maliyyə
3 Mart , 2016 17:56
Bank Respublika bazara yeni məhsul çıxarıb

Bakı. 3 mart. REPORT.AZ/ "Bank Respublika" ASC-nin yeni “Vektor kartı”nın yaratdığı fürsətə əsasən indi ölkədaxili pul köçürmələri üzrə aktiv müştərilər vəsaiti birbaşa plastik kartla ala biləcəklər. "Report"un Banka istinadən verdiyi xəbərə görə, həmin məbləği asanlıqla istənilən bankomat vasitəsilə nağdlaşdırmaq, onlayn xərcləmək və ya POS-terminal üzrə alış etmək mümkün olacaq. Bu kart bank ofisinə gəlmədən, "e-Manat" terminalları üzərindən pul köçürməsinə imkan verən “Vektor” sisteminin növbəti inkişaf mərhələsidir.

Yeni kart pulsuz verilir və tam funksiyalı bank kartı kimi istifadə oluna bilər. Kart üzərindən vəsaitin nağdlaşdırılması zamanı heç bir faiz tutulmur, bu da kart sahibini pulköçürmə əməliyyatı üzrə ikiqat komissiyadan azad edir.

Yeni sistemin əsas üstünlüyü ondan ibarətdir ki, köçürülən məbləğ pulu alan şəxsin kartına dərhal mədaxil edilir. Eyni zamanda, pulu göndərən və pul alan şəxslərə SMS vasitəsilə bildiriş göndərilir.

"e-Manat" terminalları vasitəsilə “Vektor” kartına pul köçürmək üçün pulu alanın şəxsiyyət vəsiqəsinin nömrəsi və kartın son 4 rəqəmini qeyd etmək tələb olunur.

Vektor sistemi üzrə pulköçürmə əməliyyatları yalnız ölkə üzrə milli valyutada aparılır. Maksimal məbləğ 3 000 manat təşkil edir. Kartı rəsmi internet səhifəsində, həmçinin "Bank Respublika"nın istənilən filialında sifariş etmək olar.

Son xəbərlər

Orphus sistemi