Yuxarı

​“Bank Respublika” tarif dərəcələrini endirib

Korporativ müştərilər hesablaşma əməliyyatları zamanı xarici valyutanın konvertasiyası üçün əlavə komissiya haqqı ödənilməsindən azad olunub

Bakı. 18 mart. REPORT.AZ/ “Bank Respublika” ASC təklif olunan bank xidmətləri üzrə tarif dərəcələrində endirim edib. “Report” xəbər verir ki, bu barədə bankın rəsmi internet saytında məlumat verilib.

Dəyişikliklərə görə, Azərbaycan Respublikası ərazisində gömrük rüsumları “Bank Respublika”nın plastik kartları ilə ödənildikdə komissiya haqqı indi əvvəlki kimi 0,2% deyil, 0,1% təşkil edəcək.

Bundan əlavə, sahibkarlara dəstək məqsədilə Bankın korporativ müştəriləri hesablaşma əməliyyatları zamanı artıq xarici valyutanın konvertasiyası üçün əlavə komissiya haqqı ödənilməsindən azad olunurlar.

Qeyd edək ki, bu qərara qədər komissiya haqqı 0,5% idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi