"Bank Respublika" nizamnamə kapitalını artırıb

"Bank Respublika" nizamnamə kapitalını artırıb Bu artım nizamnamə kapitalının 53%-ni təşkil edib və kapital 57,5 mln. manata çatdırılıb
Maliyyə
19 Sentyabr , 2016 16:15
Bank Respublika nizamnamə kapitalını artırıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Bank Respublika" ASC nizamnamə kapitalını 20 mln. manat artırıb. 

"Report" xəbər verir ki, bu barədə bankın açıqlamasında bildirilir. 

Məlumatda qeyd olunur ki, iyulun 15-də “Bank Respublika”nın baş ofisində keçirilmiş səhmdarların ümumi yığıncağında bankın nizamnamə kapitalın 20 mln manat artırılmasına dair qərar qəbul olunub və bu qərar əsasında sentyabrın 15-də səhmlərin alınması məqsədi ilə bankın mövcud səhmdarlaı tərəfindən Milli Depozit Mərkəzinə 20 mln. manat köçürülüb. Bu artım nizamnamə kapitalının 53%-ni təşkil edib və kapital 57.5 mln. manata çatdırılıb. 

Bankın açıqlamasında deyilir ki, kapitalın artımı bankın inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib, bankın dayanıqlı inkişafını təmin edəcək, əməliyyat və kreditləşdirmə imkanlarını genişləndirəcək. 

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun səhmdarları Almaniyanın DEG investisiya şirkəti, "Sparkassen International Development Trust" şirkəti, eləcə də yerli 14 fiziki və 3 hüquqi şəxsdir.

Son xəbərlər

Orphus sistemi