​"Bank Respublika"nın səhmdarlarının toplantısı keçiriləcək

​"Bank Respublika"nın səhmdarlarının toplantısı keçiriləcək Yığıncaq Bankın baş ofisində keçiriləcək
Maliyyə
2 Mart , 2016 10:10
​Bank Respublikanın səhmdarlarının toplantısı keçiriləcək

Bakı. 2 mart. REPORT.AZ/ Aprelin 18-i saat 15:00-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. "Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri Xəqani küçəsi,21 ünvanında yerləşən baş ofisində keçiriləcək.

Yığıncağın gündəliyinə 4 əsas məsələ - gündəliyin təsdiq edilməsi, 2015-ci ilin maliyyə hesabatı, 2015-ci il üzrə kənar audit yoxlamasının nəticələri və Bankın divident siyasətinin təsdiq edilməsi məsələləri daxil edilib.

Son xəbərlər

Orphus sistemi