Bakı. 5 yanvar. REPORT.AZ/ “Bank Respublika” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib. Bu barədə “Report”a Bankdan bildirilib.
Məlumata görə, bu vəzifəyə Asəf Namazov gətirilib. O, indiyə qədər “Bank Respublika”nın Müşahidə Şurasının (MŞ) üzvü olub.
Bundan əvvəl İH-yə rəhbərlik etmiş Xədicə Həsənovanın MŞ-nın üzvü kimi Bankda fəaliyyətini davam etdirəcəyi gözlənilir.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,461 mln. manatdır. Bankın səhmdarları arasında 14 fiziki və 5 hüquqi şəxs, o cümlədən Almaniyanın "DEG" investisiya və "Sparkassen International Development Trust" şirkətləri var.