"Bank Respublika"nın aktivləri cüzi artıb

"Bank Respublika"nın aktivləri cüzi artıb Hüquqi şəxslərin depozitləri 413 708 min manat təşkil edib
Maliyyə
22 Aprel , 2017 10:40
Bank Respublikanın aktivləri cüzi artıb

Bakı. 22 aprel. REPORT.AZ/ "Bank Respublika" ASC-nin aktivləri illik 1,16% artaraq cari il aprelin 1-nə 881 mln. 240 min manata çatıb.

"Report" bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Kredit portfeli illik 14,83% azalaraq cari il aprelin 1-nə 249 mln. 108 min manat təşkil edib. Kredit portfelinin 33 mln. 833 min manat və ya 13,58%-nin vaxtı keçib. Bu müddətdə bankın cəmi öhdəlikləri də 3,24% artaraq aprelin 1-nə 841 mln. 761 min manata yüksəlib. Depozit portfeli 10,23% artaraq 590 mln. 528 min manat olub. Hüquqi şəxslərin depozitləri illik 25,18% artaraq 413 mln. 708 min manat, fiziki şəxslərin depozitləri isə 13,84% azalaraq 176 mln. 820 min manat təşkil edib.

Bank cari ilin birinci rübü ərzində 492 min manat zərər edib. Zərər aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar hesabına olub. Belə ki, bankın birinci rübdə xalis əməliyyat mənfəəti 2 mln. 213 min manat olsa da, ehtiyatın yaradılmasına 2 mln. 705 min manat ayrılıb. 

Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə 608 min manat mənfəət əldə edib. Belə ki, ötən ilin eyni dövründə xalis əməliyyat mənfəəti 4 mln. 436 min manat, ehtiyat ayırmalar isə 3 mln. 828 min manat həcmində olub. 

Son xəbərlər

Orphus sistemi