​"Bank Respublika"nın aktivləri 39% artıb

​"Bank Respublika"nın aktivləri 39% artıb Bankın kredit portfeli ilin əvvəlindən 15% artıb
Maliyyə
2 İyun , 2015 10:34
​Bank Respublikanın aktivləri 39% artıb

Bakı. 2 iyun. REPORT.AZ/ "Bank Respublika" ASC-nin aktivləri ilin əvvəlindən 32,5%, ötən ilin müvafiq dövrünə nisbətən isə 38,5% artaraq 2015-ci il aprelin 1-nə 675,6 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə Bankın kredit portfeli ilin əvvəlindən 14,8%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 18,6% artaraq 348,9 mln. manat təşkil edib.

Hesabata əsasən, Bankın depozit portfeli ilin əvvəlindən 25,9% artaraq cari ilin aprelin 1-nə 344,3 mln. manata yüksəlib. Depozit portfelinin 198,3 mln. manatı müddətli, o cümlədən 158,6 mln. manatı fiziki şəxslərin müddətli depozitləri olub.

Cari il aprelin 1-nə olan məlumata əsasən, "Bank Respublika"nın 58 bankomatı, 981 POS-terminalı, 32 filial və 3 şöbəsi fəaliyyət göstərir. Bu müddətdə Bankın aktiv plastik kartlarının sayı 103 627 ədəd təşkil edib ki, bunun da 60 083 ədədi kredit kartları olub.

Son xəbərlər

Orphus sistemi