"Bank Respublika" mobil əlavəsini yeniləyib

"Bank Respublika" mobil əlavəsini yeniləyib Müştəri "Mobil Vizit" xidmətindən istifadə edərək banka gəlişini rezerv edə bilər
Maliyyə
11 Sentyabr , 2017 16:02
Bank Respublika mobil əlavəsini yeniləyib

Bakı. 11 sentyabr. REPORT.AZ/ “Bank Respublika” ASC fiziki şəxslərin istifadəsi üçün nəzərdə tutulmuş “Mobil Şöbə” əlavəsini yeniləyib. 

Bu barədə “Report”a Bankın Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, “Mobil Şöbə”nin bir sıra texniki nöqsanlarına düzəlişlər verilib, eyni zamanda yeni imkanlar əlavə olunub: “Əsas yeniliklərdən biri kimi bank kartı üzərindən əlavəyə qoşulma xidmətini qeyd etmək olar. Beləliklə, qeydiyyatdan keçmək üçün banka müraciət etmək zərurəti aradan qaldırılır. Həmçinin indi “Mobil Şöbə” vasitəsilə dost və yaxınlarınıza “Vektor” sistemi üzrə ölkə daxilində pul vəsaitlərini göndərmək mümkündür”.

Daha bir yenilik isə “Mobil Vizit” xidmətindən istifadə edərək müştərinin banka gəlişini rezerv etmək imkanı olub: “Bu xidmət müştərilərin vaxtına qənaət etmək məqsədilə düşünülüb. Müxtəlif valyuta hesablama işləri istifadəçilərin vaxtını çox aparır. Bu amili nəzərə alaraq əlavəni tərk etmədən rahat valyuta hesablamaları aparmaq üçün mübadilə kalkulyatoru əlavə olunub”.

Ən son yeniləmələri "PlayMarket" və "AppStore"dan (iOS - https://appsto.re/az/7jeFbb.i; Android - https://play.google.com/store/apps/details?id=com.brmobilshobe) yükləmək olar.

Son xəbərlər

Orphus sistemi