"Bank Respublika" media nümayəndələri üçün press-tur təşkil edib

"Bank Respublika" media nümayəndələri üçün press-tur təşkil edib Bakı. 23 iyul. REPORT.AZ/ 143 il öncə iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan Milli Mətbuatının əsası qoyulub. Bu əlamətdar tarixlə bağlı olaraq Bank Respublika ölkənin aparıcı media nümayəndələri üçün Qusar rayonunda 2 günlük fərqli və faydalı press tur təşkil etdi.
Maliyyə
23 İyul , 2018 15:11
Bank Respublika media nümayəndələri üçün press-tur təşkil edib
0 : 00
0 : 00

Bakı. 23 iyul. REPORT.AZ/ 143 il öncə iyulun 22-də Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan Milli Mətbuatının əsası qoyulub. Bu əlamətdar tarixlə bağlı olaraq Bank Respublika ölkənin aparıcı media nümayəndələri üçün Qusar rayonunda 2 günlük fərqli və faydalı press tur təşkil etdi.

Press tur Milli Mətbuatımızın banisi, görkəmli ədib və mütəfəkkir Həsən bəy Zərdabinin məzarı ziyarət edilməklə başladı. Daha sonra press tur iştirakçıları Qusar şəhərinə səyahət edərək orada yerləşən otellərin birində peşəkar biznes və həyat kouçu Könül Babayeva tərəfindən maraqlı və faydalı təlim keçdilər. Təlimçi jurnalistlərə həyat və biznes məqsədlərinə necə çatması üzrə önəmli məsləhətlər verdi. İnteraktiv keçən təlimdə media nümayəndələri də öz təcrübə və fikirlərini bölüşdülər.

Təlimdən sonra iştirakçılar üçün Qusar rayonunda yerləşən və Bank Respublikanın uzun müddətdir dəstək verdiyi biznes təsərrüfatlarından birinin meyvə bağlarına ekskursiya təşkil olundu. Qeyd edək ki, 210 hektardan artıq birərazidə yerləşən təsərrüfatda müxtəlif növ meyvə növləri yetişdiirlir və xarici ölkələrə ixrac edilir. Ekskursiya zamanı media nümayəndələrinə müxtəlif növ meyvələrin yetişdirilməsi, yığılması, qablaşdırılması prosesi haqqında məlumat verildi. İştirakçılar meyvələrin saxlandığı xüsusi soyuducularla, meyvələri təmizləyən və qablaşdıran avadanlıqlarla tanış oldular.

Növbəti günBank iştirakçılar üçünQafqaz sıra dağlarının şimal-şərqində yerləşən Laza kəndinə səfər təşkil edərək onlara səfalı yerlərlə tanışlıq imkanı yaratdı.

İki gün davam edən press tur Qubada 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksinin ziyarət etməklə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi