Bakı. 19 yanvar. REPORT.AZ/ "Bank Respublika" ASC fiziki və hüquqi şəxslərin manatla yerləşdirilən müddətli və yığım əmanətləri üzrə faiz dərəcələrini artırıb.
Bu barədə "Report" Banka istinadən xəbər verir.
Məlumata görə, milli valyuta ilə 6 və 12 ay müddətinə qoyulan klassik əmanətlər üzrə illik faiz dərəcəsi 3% artırılaraq 15%-ə çatdırılıb.
Yığım əmanəti üzrə illik faizlər isə 3 ay üçün 10%, 6 ay üçün 12%, 12 ay üçün isə 14% müəyyən edilib.
Yeni faiz dərəcələri Bankın təmsil olunduğu bütün bölgələri aiddir.