“Bank Respublika” kiçik və orta biznes üçün kreditlər təklif edir

“Bank Respublika” kiçik və orta biznes üçün kreditlər təklif edir Bu barədə bankın açıqlamasında bildirilir
Maliyyə
18 Sentyabr , 2017 15:03
“Bank Respublika” kiçik və orta biznes üçün kreditlər təklif edir

Bakı. 18 sentyabr. REPORT.AZ/ “Bank Respublika” ASC biznesini böyütmək istəyən kiçik və orta sahibkarlar üçün kreditlər təklif edir.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, 500 min manata qədər verilən biznes kreditləri istənilən müəssisəni yeni inkişaf mərhələsinə gətirməyə imkan verəcək.

Kredit fərdi şərtlərlə təklif edilir və hər bir biznesin ehtiyacları nəzərə alıınr. Biznes kreditləri əsas və dövriyyə vəsaitləri, daşınmaz əmlak və bank əmanəti girovu ilə verilə bilər.

Biznesin daha inamlı idarə olunması üçün “Bank Respublika” tələbata uyğun bank zəmanəti və akkreditivlər də verir. Bank kreditlə yanaşı, geniş çeşiddə bank məhsullarını da şirkətlərin əməkdaşları üçün təklif edir. Məsələn, maaş kartları, nağd kredit, taksit kartı, pul köçürmələri, əmanətlər və s. maliyyə xidmətləri.

“Bank Respublika” ilə iş birliyi qurmağın vacib üstünlüyü mobil və internet bankçılıq kimi innovativ onlayn sistemlərinin mövcudluğudur. Təkliflər haqqında daha ətraflı məlumatı 144 qısa nömrəsinə zəng vurmaqla və yaxud bankın www.bankrespublika.az ünvanında yerləşən rəsmi internet səhifəsinə daxil olmaqla əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi