​"Bank Respublika" kapitalını artırır

​"Bank Respublika" kapitalını artırır Bankın səhmdarlarının ümumi yığıncağı keçirilib
Maliyyə
15 İyul , 2016 15:12
​Bank Respublika kapitalını artırır

Bakı. 15 iyul. REPORT.AZ/ Bu gün "Bank Respublika" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.

"Report" banka istinadən xəbər verir ki, yığıncaqda Almaniyanın iki nəhəng maliyyə təşkilatı - "DEG" (Deutsche Investitions- und Entwicklungsgesellschaft) İnvestisiya və "Sparkassen International Development Trust" şirkətləri daxil olmaqla səhmdarlar "Bank Respublika"nın nizamnamə kapitalının 20 mln. manat artırılması barədə qərar qəbul ediblər.

"Bank Respublika"nın yaydığı açıqlamada bildirilib ki, bu addım bankın dayanıqlı inkişafını təmin etmək və kreditləşdirmə imkanlarını artırmaq məqsədini daşıyır.

"Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 37 460 985,1 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2,45 manat olan 15 290 198 səhm əsasında formalaşıb. 

Son xəbərlər

Orphus sistemi