Yuxarı

​"Bank Respublika" kapital bazarına qayıda bilər

Bu barədə Bankdan bildirilib

Bakı. 19 iyul. REPORT.AZ/ "Bank Respublika" ASC Azərbaycanın qiymətli kağızlar bazarının imkanlarını və perspektivlərini araşdırır. Bu barədə "Report"un sorğusuna cavab olaraq Bankdan bildirilib.

"Bankın təsis etdiyi "Respublika İnvest" MMC-nin fəaliyyəti bir müddət əvvəl dayandırılıb. Hal-hazırda kapital bazarında fəaliyyətin bərpa edilməsi imkanları və perspektivləri təhlil və tədqiq edilir" - deyə "Bank Respublika"dan qeyd edilib.

"Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 37 460 985,1 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 2,45 manat olan 15 290 198 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i yerli fiziki və hüquqi şəxslərə, 16,7%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 8,3%-i isə "Sparkassen International Development Trust" şirkətinə məxsusdur.

Bankın səhmdarlarının iyulun 15-də keçirilmiş növbədənkənar yığıncağında nizamnamə kapitalının 53,39% və yaxud 20 mln. manat artırılaraq 57 460 985,1 manata çatdırılması barədə qərar qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi