"Bank Respublika" işçilərinin 11%-ni ixtisar edib - YENİLƏNİB

"Bank Respublika" işçilərinin 11%-ni ixtisar edib - YENİLƏNİB Bankın işçi heyətinin kiçilməsi onun regional filiallarının bağlanması ilə bağlıdır
Maliyyə
20 Dekabr , 2016 17:54
Bank Respublika işçilərinin 11%-ni ixtisar edib - YENİLƏNİB

İlk xəbər saat 16:56-da verilib

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu ilin birinci yarısında “Bank Respublika” ASC işçilərinin 18,4%-ni ixtisar edib. 

Bu barədə “Report” bankın maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, iyulun 1-nə “Bank Respublika”nın işçilərinin sayı 568 nəfər olub. Bu isə yanvarın 1-i ilə müqayisədə 128 nəfər azdır.

Bankın işçi heyətinin kiçilməsi əsasən onun dörd filialı – “Şəki”, “Göyçay”, “İmişli” və “Şəmkir” filiallarının bağlanması ilə əlaqədardır.

Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,461 mln. manatdır. Bankın səhmdarları arasında 14 fiziki və 5 hüquqi şəxs, o cümlədən Almaniyanın "DEG" investisiya və "Sparkassen International Development Trust" şirkətləri var.

***

"Bank Respublika"nın Marketinq Departamentindən isə "Report"a bildirilib ki, hesabatı hazırlayan şəxs texniki səhvə yol verib və bu ilin ilk yarısında Bankın işçilərinin sayında faktiki azalma 128 nəfər deyil, 67 nəfər olub. Bu isə 10,5% azalma deməkdir.

Son xəbərlər

Orphus sistemi