“Bank Respublika” əmanətçilərini sığortalayacaq

“Bank Respublika” əmanətçilərini sığortalayacaq Bank yeni kampaniyaya start verib
Maliyyə
31 May , 2017 10:45
“Bank Respublika” əmanətçilərini sığortalayacaq

Bakı. 31 may. REPORT.AZ/ “Bank Respublika” ASC yeni kampaniya həyata keçirir. “Report”un məlumatına görə, Bankda əmanət hesabı açan müştərilərə əmanətin faiz gəlirləri ilə yanaşı, bank müştərilərə depozitin məbləği qədər şəxsi sığorta hədiyyə edir.

Bankın müştərilərə göndərdiyi bildirişdə deyilir ki, şəxsi sığorta 15-ə qədər sığorta növünü əhatə edir. Sığorta hadisəsi baş verən zaman, sığorta ödənişi müqavilədə qeyd olunan şəxslərə verilir.

Qeyd edək ki, həmin əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən qorunur.

Son xəbərlər

Orphus sistemi