"Bank Respublika" depozitlər üzrə faizləri artırıb

"Bank Respublika" depozitlər üzrə faizləri artırıb Bank manat və dollar əmanətləri üzrə illik faiz dərəcələrini artırıb
Maliyyə
28 Fevral , 2015 10:22
Bank Respublika depozitlər üzrə faizləri artırıb

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın "Bank Respublika" ASC fiziki və hüquqi şəxslərin manat və dollar hesablı əmanətləri üzrə faiz dərəcələrini qaldırıb. Yeni qaydalar 6 aydan 3 ilədək qoyulan bütün depozit növlərinə şamil olunur.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, indi milli valyuta üzrə fiziki və hüquqi şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin aylıq çıxarıldığı təqdirdə illik 12%, dollarda olan əmanətlər üzrə isə illik 9% (hüquqi şəxslərə - 8%) təşkil edir. Faiz gəlirləri müddətin sonunda çıxarıldığı halda faiz dərəcəsi illik 12,5% və müvafiq olaraq 9,5% (hüquqi şəxslərə - 8,5%) təşkil edəcək.

Beləliklə, "Bank Respublika" həm əhalinin, həm hüquqi şəxslərin depozitlərinin gəlirliyini illik 3,5 faiz bəndi artırıb. Bununla yanaşı, 36 ay müddətinə qoyulan əmanətlərə 13,9% və müvafiq olaraq 24 ay müddətli hüquqi şəxslərin depozitlərinə 13,5% illik faiz dərəcəsi təyin edib.

Depozit hesabını bankın istənilən filial və şöbəsində açdırmaq mümkündür. Yeni faiz dərəcələri Bankın təmsil olunduğu bütün bölgələrinə aiddir.

Son xəbərlər

Orphus sistemi