“Bank Respublika”dan “Rabitəbank”a transfer olub

“Bank Respublika”dan “Rabitəbank”a transfer olub Rəfael Qasımov iş yerini dəyişib
Maliyyə
29 Mart , 2017 10:10
“Bank Respublika”dan “Rabitəbank”a transfer olub

Bakı. 29 mart. REPORT.AZ/ “Rabitəbank” ASC-nin İdarə Heyətinə (İH) daha bir sədr müavini təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu, Rəfael Qasımovdur.

O, bundan əvvəl “Bank Respublika” ASC-də İH-nin sədr müavini olub.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48,5 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi