“Bank Respublika” bazara yeni kart məhsulunu çıxarıb

“Bank Respublika” bazara yeni kart məhsulunu çıxarıb Bu kart müştəriyə bir çox imtiyaz və əlavə xidmətlərdən istifadə etməyə imkan verir
Maliyyə
10 Noyabr , 2016 16:30
“Bank Respublika” bazara yeni kart məhsulunu çıxarıb

Bakı. 10 noyabr. REPORT.AZ/ “Bank Respublika” ASC bazara “Mastercard” ödəniş sisteminin ən prestijli kartı hesab edilən və VIP müştərilər üçün nəzərdə tutulan “World Elite” kartını çıxarıb. 

“Report” xəbər verir ki, bu kart müştəriyə “Mastercard”ın bütün imtiyaz və əlavə xidmətlərindən istifadə etməyə imkan verir.

Bankın açıqlamasında deyilir ki, müştərilərin rahatlığı və təhlükəsizliyini nəzərə alaraq, “World Elite MasterCard” ödəmə kartı Azərbaycanda və xaricdə etibarlı sayılan, çox böyük məbləğdə məxsusi sığorta növləri ilə təmin edilib. Həmin sığorta məbləği isə təxminən 7,5 mln. avro civarındadır.

“World Elite MasterCard” sahibləri üçün “Bank Respublika” ASC “Mobil Şöbə”, “3D Secure”, “İnternet Banking”, “Cash-in” bankomatları, “PİN change” və “Cash-to-Card” əməliyyatları, “İnternet Şöbə”, həmçinin hesaba vəsaitlərin mədaxili və silinməsi haqqında operativ məlumat verən SMS-bildiriş xidmətlərini də təqdim edir.

Son xəbərlər

Orphus sistemi